"Tapşırıq yerinə yetirildi, məruzə edir Ali Baş Komandan İlham Əliyev!" - Video

"son 20 ildə azərbaycan qədər sürətlə inkişaf edən ikinci ölkə yoxdur"
"Qarabağı azad görmək Heydər Əliyevin və bütün dünya azərbaycanlılarının əsas arzusu idi. Biz bu arzunu, Azərbaycan xalqının arzusunu yerinə yetirdik. 2020-ci il 8 noyabr tarixdə əbədi qalacaq".
Yeniavaz.com
xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan xalqına müraciətində danışıb.
Prezident qeyd edib ki, Şuşanın azadlığı ilə bağlı Heydər Əliyevin məzarına baş çəkərək məruzə edib:
"O gün mənə, bax, bu meydandan Şuşanın azadlığı ilə bağlı hərbi raport veriləndən sonra, bu binanın üstünə bayrağımız qaldırılandan sonra atamın məzarını ziyarət etdim və ürəyimdə dedim ki, "Tapşırıq yerinə yetirildi. Məruzə edir Ali Baş Komandan İlham Əliyev!". Ondan sonra Şəhidlər xiyabanını ziyarət etdim, şəhidlərimizin ruhu qarşısında baş əydim, ürəyimdə dedim ki, qanınız yerdə qalmadı".

DİGƏR XƏBƏRLƏR

Top