İsveçdə silah-sursat zavodunda partlayış baş verdi


İsveçin qərbində Karlsborq şəhərində silah-sursat zavodunda partlayış baş verib. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə STV kanalı məlumat yayıb.  Hadisə nəticəsində bir nəfər xəsarət alıb.
Hadisənin dəqiq səbəbi hələ müəyyən edilməyib. Polisin ilkin məlumatına görə, buna səbəb müəssisədə aparılan təmir işləridir.
Məlumdur ki, zavod onlar üçün kiçik çaplı döyüş sursatları və komponentlər istehsal edir. İstehsalda 300-ə yaxın işçi çalışır.

DİGƏR XƏBƏRLƏR

Top