
Pakistanın keçmiş xarici işlər naziri və Ədalət Hərəkatı Partiyasının sədr müavini Şah Mehmud Qureşi həbs olunduğunu təkzib edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə siyasətçi Tvitter hesabında məlumat verib:
"Hələ həbs olunmamışam. Ancaq diqqətli olun! Partiyamızın və tərəfdarlarımızın ruhunu sındırmaq məqsədilə yalan məlumat yaymaq, xaos, panika və terror yaratmaq üçün hər cür strategiyadan istifadə edilir".
Qureşi həmçinin Pakistanın keçmiş baş naziri İmran Xanın həbsi ilə bağlı etirazları davam etdirməyə çağırıb.
Tətbiqimizi yükləyə bilərsiniz