Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmək üçün Fəxri xiyabana gəliblər.
Yeniavaz.com xəbər verir ki, Prezident ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub, Ulu öndərin xatirəsini ehtiramla anıb.
Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Birinci xanım Mehriban Əliyeva və ailə üzvləri də ümummilli liderin xatirəsini yad ediblər.
Sonra dövlət başçısı, birinci xanım və ailə üzvləri oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini yad edərək məzarı üzərinə gül dəstələri qoyublar.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad olunub.





