Aİ Peqova qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır


Avropa İttifaqı Rusiyadan olan 12 şəxsə, o cümlədən "WarGonzo" layihəsinin müharibə müxbiri Semyon Peqova qarşı sanksiya tətbiq etməyə hazırlaşır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə "EUobserver" məlumat yayıb.
"Potensial sanksiyaya məruz qalan şəxslər arasında Rusiyanın Xarici və Müdafiə Siyasəti Şurasının rəyasət heyətinin fəxri sədri Sergey Karaqanov, "WarGonzo" layihəsinin müharibə müxbiri Semyon Peqov da var. Həmçinin İttifaq ərazisində "Oriental Review" portalı, "RT Balkan" və "Tsargrad" telekanallarının fəaliyyətinə qadağa qoyulması nəzərdə tutulur", - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top