"Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçiriləcək görüşdən sonra Moskvada da üçtərəfli formatda yeni görüş keçiriləcək".
Yeniavaz.com erməni mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan deyib.
"Vaşinqtonda danışıqlar dörd gün davam etdi. Bizim sülh siyasətini təşviq etmək cəhdlərimiz artıq özlüyündə müsbət faktdır. Digər tərəfdən, heç kim möcüzələr və bütün problemlərin dərhal həll olunacağını gözləmir", - nazir müavini vurğulayıb.
Qeyd edək ki, mayın 14-də Avropa Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə İlham Əliyevlə Nikol Paşinyan arasında görüş keçiriləcək.