
ABŞ hakimiyyəti Ukraynaya əlavə hava hücumundan müdafiə və sursat da daxil olmaqla 1,2 milyard dollarlıq yeni hərbi yardım paketi ayırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Pentaqonun yaydığı bəyanatda deyilir. Bildirilib ki, yeni yardım paketinə hava hücumundan müdafiə sistemləri və döyüş sursatları, raketlər və radar stansiyalarının Ukrayna hava hücumundan müdafiə sistemləri ilə inteqrasiyası üçün avadanlıqlar, pilotsuz uçuş aparatlarına qarşı mübarizə üçün sursatlar daxildir.