Putin paradda çıxış edib - Yenilənib


"Qərb qlobalist elitaları hələ də öz eksklüzivliyindən danışır, insanları və cəmiyyətləri parçalayır, qanlı münaqişələr və çevrilişlər törədir, nifrət, rusofobiya, aqressiv millətçilik toxumu səpir, insanı şəxsiyyət edən ailə və ənənəvi dəyərləri məhv edir. Və bütün bunlar diktə etmək, xalqlara öz iradəsini, hüquqlarını, qaydalarını tətbiq etmək üçündür".
Yeniavaz.com
xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin paradda çıxışı zamanı deyib.
"Deyəsən, faşistlərin dünyaya hökmranlıq etmək barədə sərsəm iddialarının nəyə gətirib çıxardığını unudublar. Onlar bu dəhşəti kimin məğlub etdiyini, öz doğma torpaqları üçün divar kimi duran və Avropa xalqlarının azadlığı üçün canlarını əsirgəməyənləri unudublar", - deyə Rusiya başçısı bildirib.
Qeyd edək ki, Moskvada keçirilən II Dünya Müharibəsində Qələbənin 78-ci ildönümünə həsr olunmuş paradın hava hissəsi ləğv edilib.

***09:48
Bu gün, 2023-cü il mayın 9-da Rusiyanın Qırmızı Meydanında II Dünya Müharibəsinin 78-ci ildönümünə həsr olunmuş təntənəli hərbi parad keçiriləcək.
Yeniavaz.com
Rusiya mətbuatına istinadən xəbər verir ki, parad yerli vaxtla səhər saat 10-da (Bakı vaxtı ilə 11-də) başlayacaq.
Ölkənin müdafiə naziri Sergey Şoyqunun məlumatına görə, Moskvada keçiriləcək yürüşdə 10 mindən çox insan və 125 texnika iştirak edəcək.
Prezidentin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya bu il liderlərə xüsusi dəvətlər hazırlamayıb, çünki yubiley tarix deyil. Buna baxmayaraq, paradda iştirak etmək üçün Moskvaya artıq Qazaxıstan, Qırğızıstan, Belarus prezidentləri və Ermənistanın baş naziri gəliblər. Özbəkistan, Tacikistan və Türkmənistan prezidentləri də bu gün Moskvaya gəliblər.
Qeyd edək ki, İlham Əliyev sonuncu dəfə 2015-ci ildə Qələbənin 70 illiyi ilə bağlı Moskvada keçirilən bayram tədbirlərində iştirak edib.

DİGƏR XƏBƏRLƏR

Top