
İranın müdafiə naziri Məhəmməd Rza Aştiani Dəməşqdə suriyalı həmkarı Əli Mahmud Abbasla görüşündə bildirib ki, Tehran Suriya ordusunu ən son silahlarla təchiz etmək, həmçinin Suriyada hərbi müəssisələr qurmaq istəyir.
Yeniavaz.com xəbər verir ki, bu barədə TASNİM məlumat yayıb.
"İranın müdafiə naziri briqada generalı Məhəmməd Rza Aştiani bildirib ki, Tehran Suriya silahlı qüvvələrini ən qabaqcıl silahlarla təchiz etməyə və bu ərəb ölkəsində strateji müdafiə vasitələrinin istehsalı üçün zavodlar açmağa hazırdır", - deyə məlumatda qeyd olunub.
Tətbiqimizi yükləyə bilərsiniz