Serbiyada məktəbdəki atışma səbəbilə təhsil naziri istefa verdi


Serbiyanın təhsil naziri Branko Ruziç Belqradda 9 nəfərin ölümü ilə nəticələnən məktəbə atışmadan sonra istefa verib. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Tanjuq” agentliyi məlumat yayıb.
Bildirilib ki, departament rəhbəri respublikanın baş naziri Ana Brnabiçə istefa verməsini xahiş edən məktub göndərib. O, həmçinin həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verdiyini bildirib. Ruziç mesajında ​​"Məktəb hadisələrinin dramatik şəkillərini, ölən uşaqların təsəllisiz valideynlərinə başsağlığı verərkən tökülən göz yaşlarını ömrümün sonuna qədər ruhumda möhür kimi daşıyacağam", deyə bildirib.
Xatırladaq ki, mayın 3-də Serbiya paytaxtının mərkəzində yerləşən məktəbdə yeniyetmə həmyaşıdlarına atəş açıbş Nəticədə 9 nəfər həlak olub. Daha altı uşaq və bir müəllim yaralanıb və hazırda xəstəxanadadırlar.

DİGƏR XƏBƏRLƏR

Top