Mingəçevirin böyük bir hissəsində su kəsilib


Mingəçevirdə kanalizasiya boru xəttində baş verən qəzanın aradan qaldırılması üçün şəhərin böyük bir hissəsinə gecədən su verilişinin ötürülməsi dayandırılıb.
Mingəçevir Su Kanal İdarəsindən Yeniavaz.com-a verilən məlumata görə qəza, 630 diametrlik kanalizasiya xəttinin şəhərin 20 yanvar küçəsindən keçən hissəsində baş verib.
Həmin qəzanın aradan qaldırılması üçün idarə məqsədyönlü şəkildə şəhərin sol sahil, yəni mərkəzi hissəsi və əhatəsinə su verilişini müvəqqəti dayandırıb. Bunun üçün də suyun ən az istifadə edildiyi gecə saatları seçilib.
Məlumatda o da deyilib ki, hazırda hadisə yerində zəruri işlər icra olunur. Bitdiyi zaman su təhciatı yenidən normal axarına qaytarılacaq.
Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top