Bu şirkət 11 min manata Prokurorluq haqqında film çəkəcək


Baş Prokurorluq tərəfindən keçirilən 3 tender müsabiqısinin qalibləri məlum olub.
Yeniavaz.com
 xəbər verir ki, "Prokurorluq orqanlarının fəaliyyətində təsadüf edən əlamətdar hadisələr barədə filmin çəkilməsinin satın alınması" tenderinin qalibi "Biz Media" MMC olub. Qalib şirkətə 10 min 800 manat ödəniləcək.
"Nəqliyyat vasitələrinin cari təmir xidmətlərinin və yağlarının dəyişdirilməsinin satın alınması" tenderinin qalibi "İnova Mühəndislik və Tədris" MMC olub. 
Qalib şirkətə 49 min 560 manat ödəniləcək.
"Təsərrüfat və elektrik mallarının satın alınması" tenderinin qalibi isə "Gravity LTD" MMC olub. Qalib şirkətə 98 min 487 manat ödəniləcək.

DİGƏR XƏBƏRLƏR

Top