"Green card" nəticələri bu gün açıqlanır


ABŞ dövlətinin ildə 1 dəfə keçirdiyi "green card" proqramının nəticələri bu gün açıqlanacaq.
Yeniavaz.com
xəbər verir ki, viza lotereyası kimi tanınan proqramın nəticələrinə əsasən 55 min əcnəbi vətəndaş ABŞ-da ömür boyu yaşamaq və işləmək imkanı əldə edəcək.
Qeyd edək ki, pandemiya səbəbindən 2019 və 2020-ci illərdə "greencard" qalibi olmuş şəxslərin çox hissəsinə səfirlikdə görüş təyin olunmasa da, ötən ildən başlayaraq viza görüşləri bərpa olunub və yeni qalib olmuş şəxslərin səfirlikdəki viza görüşlərinin təyin olunmasında heç bir problem gözlənilmir.
Müraciətin nəticəsini Şərq Standart Vaxtı ilə (Eastern Standard Time - EST) saat 12:00-da (Bakı vaxtı ilə 21:00) ABŞ Dövlət Departamentinin Konsulluq İşləri Bürosunun saytından öyrənmək mümkün olacaq.

DİGƏR XƏBƏRLƏR

Top