III Çarlzın tacqoyma mərasimi keçirilib - Yenilənib - Video


Böyük Britaniyanın Kralı III Çarlzın tacqoyma mərasimi keçirilib.
Yeniavaz.com
xəbər verir ki, III Çarlz rəsmən Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kralı olub.
Qeyd edək ki, III Çarlz Vestminster abbatlığında tacqoyma mərasimi keçirilən 40-cı monarxdır. Böyük Britaniyada sonuncu dəfə tacqoyma mərasimi 1952-ci ildə baş tutub - həmin vaxt Kraliça II Elizabet taxta çıxıb.

***15:14

Kral III Çarlzın tacqoyma mərasimi başlayıb. 
Yeniavaz.com
xəbər verir ki, mərasim Böyük Britaniyanın paytaxtı Londondakı Vestminster abbatlığında baş tutur.
Qeyd edək ki, tacqoyma mərasimində ölkəmizi Milli Məclisin sədri Sahibə Qafarova təmsil edir.


***12:43
Londonun Vestminster abbatlığında Kral III Çarlzın tacqoyma mərasimi başlayır.
Yeniavaz.com
xəbər verir ki, mərasimin protokol qaydalarına əsasən icra olunacaq prosedurların son tamamlanma işləri aparılır. 
Tacqoyma mərasiminə hazırlıq prosesi bir çox televiziya vasitəsilə canlı yayımlanır.

***10:16
Bu gün Vestminster abbatlığında Böyük Britaniyanın yeni kralı III Çarlzın tacqoyma mərasimi keçiriləcək.
Yeniavaz.com
xəbər verir ki, proses yerli vaxtla saat 11-də (Bakı vaxtı ilə 14:00) başlayacaq.
III Çarlzın tacqoyma mərasimi Vestminster abbatlığında baş tutacaq ardıcıl 40-cı belə mərasim olacaq. Sonuncu dəfə İngiltərədə tacqoyma mərasimi 70 il öncə, 1953-cü ilə keçirilib. 1953-cü ilin 2 iyununda III Çarlzın anası II Elizabetin tacqoyma mərasimi keçirilib.
Mərasimdə 2000-ə yaxın qonaq olacaq.
Ümumilikdə, yeni monarxın taxta çıxması münasibətilə bayram tədbirləri üç gün davam edəcək.

DİGƏR XƏBƏRLƏR

Top