
Aktivlərinə görə ölkənin ən böyük şirkəti olan “Paşa Holdinq”ə bağlı “Competo” MMC (VÖEN- 1404106781) nizamnamə kapitalını artırıb.
Yeniavaz.com xəbər verir ki, “Competo” MMC nizamnamə kapitalını 14 milyon 320 min 100 manat və ya 30% artıraraq 62 milyon 376 min 900 manata çatdırıb.
Qeyd edək ki, “Competo” MMC 09.02.2018-ci ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı “Paşa Holdinq” ilə eyni ünvanda – Nəsimi rayonu, Neftçilər pr., ev 153-də yerləşir. Qanuni təmsilçisi İhar Bikakdır.
Onu da bildirək ki, “Paşa Holdinq”dən verilən məlumatda “Competo” MMC-nin idarəedici biznes-komandasının pərakəndə satış və bank sahələri üzrə Belarus, Rusiya və Ukraynanın maliyyə və rəqəmsal məhsul bazarlarında böyük təcrübəyə malik əcnəbi mütəxəssislərdən təşkil olunduğu qeyd olunub.
“Competo” şirkəti Azərbaycanda “Umico” mobil tətbiqi ilə tanınır. “Umico.az” onlayn alış-veriş platformu da “Competo” şirkətinə məxsusdur.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz