“Şahdəniz”dən nə qədər qaz hasil olunduğu açıqlandı


Bu ilin ilk rübü ərzində “Şahdəniz” yatağındakı “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birlikdə təqribən 7 milyard standart kubmetr qaz və 1 milyon tondan çox (təqribən 9 milyon barel) kondensat hasil edilib.
Yeniavaz.com
“BP-Azərbaycan” şirkətindən verilən məlumatlara istinadən bildirir ki, ötən ilin eyni dövrü ilə müqayisədə qaz hasilatı 16,7% və ya 1 milyard kubmetr artıb.
Məlumatda qeyd olunur ki, bu ilin birinci rübündə “Şahdəniz” üzrə fəaliyyətlərə təxminən 678 milyon dollar əməliyyat xərcləri və təxminən 194 milyon dollar əsaslı xərclər çəkilib. Bu xərclərin böyük əksəriyyəti “Şahdəniz 2” layihəsinə aid olub.
Qeyd edək ki, şirkətlərin “Şahdəniz”də iştirak payları belədir: BP (operator – 29,99%), Cənub Qaz Dəhlizi (21,02%), LUKOYL (19,99%), TPAO (19,00%), NİKO (10,00%). 

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top