
2023-cü ilin ilk rübü ərzində "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağında 35 milyon barel (5 milyon ton) və ya gündə orta hesabla 386 min barel neft hasil edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “BP-Azərbaycan” şirkətindən məlumat verilib. Ötən ilin məlumatlarına istinadən apardığımız hesablamalar göstərir ki, 2022-ci ilin eyni dövrü ilə müqayisədə neft hasilatı 10,2% və ya 4 milyon barel az olub.
2023-cü ilin ilk rübündə AÇG-də ümumilikdə 137 neft hasilat quyusu və 45 qaz və su injektor quyusu istismarda olub.
Xatıraldaq ki, AÇG layihəsinin əsas iştirakçıları BP (operator - 30,37%), SOCAR (25%), MOL (16 aprel 2020-ci il tarixindən “Şevron” şirkətini əvəz edib) (9,57%), İNPEKS (9,31%), "Equinor" (keçmiş "Statoil") (7,27%), "EksonMobil" (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%) və ONGC Videş Limited (OVL) (2,31%) şirkətləridir.
Son 12 ildə AÇG yatağında neft hasilatı və quyuların sayı:
| İllər | Hasilat (milyon barel) |
Quyuların sayı (ədəd) |
| 1-ci rüb 2012 | 64,8 | 90 |
| 1-ci rüb 2013 | 59,6 | 94 |
| 1-ci rüb 2014 | 58 | 104 |
| 1-ci rüb 2015 | 59 | 124 |
| 1-ci rüb 2016 | 59 | 136 |
| 1-ci rüb 2017 | 52 | 155 |
| 1-ci rüb 2018 | 54 | 170 |
| 1-ci rüb 2019 | 52 | 168 |
| 1-ci rüb 2020 | 48 | 178 |
| 1-ci rüb 2021 | 44 | 178 |
| 1-ci rüb 2022 | 39 | 182 |
| 1-ci rüb 2023 | 35 | 189 |
A. Cəfərov
Tətbiqimizi yükləyə bilərsiniz