Kremlə hücumla bağlı Ukraynadan ilk açıqlama - Yenilənib


Bizim Kremlə gecə hücumları ilə bağlı informasiya yoxdur, amma Prezident Zelenski dəfələrlə deyib ki, Ukrayna bütün gücünü başqalarına hücuma deyil, öz ərazilərinin azad olunmasına yönəldir”.

Yeniavaz.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenskinin mətbuat katibi Sergey Nikiforov deyib.

***16:36
Ukraynanın Kremli PUA-larla vurmağa cəhd etməsinin kadrları yayılıb.
Yeniavaz.com
xəbər verir ki, sosial şəbəkələrdə yayılan kadrlarda Kremlə yaxınlaşan pilotsuz uçan aparatın havada partladıldığı görünür.
Sözügedən kadrları təqdim edirik:
Qeyd edək ki, Kremlin rəsmi sözçüsü Dmitri Peskov bildirib ki, hücum zamanı Rusiya Prezidenti Vladimir Putin Kremldə olmayıb:
“İnsident nəticəsində Vladimir Putin xəsarət almayıb və öz işini adi rejimdə davam etdirir”.

***15:47
Rusiya Federasiyası Prezidentinin mətbuat xidməti Ukraynanın gecə saatlarında Kremlə zərbə endirməyə cəhd etdiyini bildirib.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, Rusiya hərbçiləri və xüsusi xidmət orqanları hücum edən iki pilotsuz təyyarəni sıradan çıxarıb.
Qeyd olunub ki, Ukraynanın hücumu nəticəsində itki olmayıb, Prezident Vladimir Putin xəsarət almayıb.
Moskva rəhbərliyi dövlət ehtiyacları üçün zəruri olanlar istisna olmaqla, şəhərdə bütün pilotsuz uçuş aparatlarının (PUA) uçuşlarına qadağa qoyub. Müvafiq protokol Moskvanın operativ qərargahının iclası zamanı imzalanıb.

DİGƏR XƏBƏRLƏR

Top