Mingəçevirdə narkomaniya əleyhinə maarifləndirici tədbir keçirilib


Mingəçevir şəhər Polis Şöbəsi 4 saylı məktəbdə narkotik və digər zərərli vərdişlərə qarşı mübarizə tədbirləri çərçivəsində “Gələcəyimizi birlikdə düşünək, Narkomaniyaya yox deyək” adlı tədbir keçirib.
Yeniavaz.com
xəbər verir ki, tədbirdə polis şöbəsinin əməkdaşları, məktəbin rəhbərliyi, şagird müəllim kollektivi və şəhər təhsil sektorunun müdiri iştirak edib.
Əvvəlcə şəhidlərin ruhu bir dəqiqləlik sükutla yad olunub.
Məktəbin direktoru Azər Qazıyev məktəb haqqında və tədbirin mahiyyəti barədə məlumat verib. Polis əməkdaşlarına bu kimi tədbirlərin məktəblərdə keçirilməsinə görə minnətdarlıq bildirib.

Çıxış edən ŞPŞ rəisi, polis polkovniki Ədalət Əliyev bildirib ki, məqsəd bəşəriyyətin ən təhlükəli bəlalarından hesab edilən narkomaniyanın fəsadları barədə şagirdləri maarifləndirmək və narkomaniyaya qarşı mübarizədə gənclərin fəallığını daha da artırmaqdır.
Rəis gənclərin DİN sistemində təhsilə və xidmətə təşviq edilməsi məqsədilə  iştirakçılara polis peşəsinin şərəfli xidmət sahəsi olmasına dair və DİN-in Polis Akademiyasında tədris-təlim prosesinin təşkili, onun maddi-texniki bazası və təhsilalanlara yaradılan şərait barədə zəruri məlumat verib.

O, həmçinin qeyd edib ki, gəncləri bu bəladan qorumaq, onlarda sağlam həyat tərzi formalaşdırmaq üçün birgə mübarizə aparmalı, maarifləndirmə işləri daim diqqət mərkəzində saxlanılmalıdır. Rəis narkomaniyaya qarşı mübarizənin daha faydalı olması üçün gənc və yeniyetmələrin antinarkomaniya ruhunda tərbiyə olunmasında valideynlərin, müəllimlərin, eləcə də məktəb psixoloqlarının yaxından iştirak etməsinin vacibliyini vurğulayıb.

Tədbirdə polis əməkdaşları “Narkomaniya”, “Dini ekstremizm və radikalizm”,  “Erkən nikah və onun fəsadları”, “Yol hərəkətinin təhlükəsizliyi”, “Ümumi cinayət məcəllələri ilə bağlı” mövzularda çıxış ediblər.

Sonda təhsil sektorunun müdiri Sevinc Həsənova çıxışında gəncləri bu bəladan qorumaq, onlarda sağlam həyat tərzi formalaşdırmaq üçün orta məktəblərdə daim bu mövzularda tədbirlər həyata keçirdiklərini bildirib.


Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top