
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə hava məkanının erməni təyyarələri üçün bağlandığını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə NTV-yə müsahibəsində məlumat verib.
Çavuşoğlu bildirib ki, buna səbəb aprelin 25-i Ermənistanın paytaxtı İrəvanda “Nemezis” terror əməliyyatına həsr olunan abidənin ucaldılması olub:
“Mən bunu qəbul edə bilmirəm. Buna cavab olaraq hava məkanımızı erməni təyyarələri üçün bağladıq. Görüş üçün Türkiyəyə yalnız Ermənistan parlamentinin sədri gələcək, istisna olmaqla, ona icazə vermişik. Davam etsələr, yeni addımlar atacağıq”.
Tətbiqimizi yükləyə bilərsiniz