Ceyhun Bayramovun Mirzoyanla görüşü davam edir - Yenilənib


Azərbaycan və Ermənistan XİN rəhbərlərinin danışıqlar prosesi bu gün də davam edir.
Yeniavaz.com
APA-ya istinadən xəbər verir ki, tərəflər arasında sülh sazişi layihəsi istiqamətində danışıqlar üçün növbəti görüş başlayıb.
Görüş ABŞ-ın Arlinqton şəhərində keçirilir.
Qeyd edək ki, Azərbaycan və Ermənistan tərəfi görüşlə bağlı rəsmi açıqlama verməyib.
Xatırladaq ki, mayın 1-də Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olub. Daha sonra Ceyhun Bayramov və Ararat Mirzoyan ikitərəfli görüş keçiriblər. Nazirlər arasında danışıqlar dünən də davam edib.


***02.05.2023; 21:06
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında ikitərəfli görüş başlayıb.

Yeniavaz.com "Report"a istinadla xəbər verir ki, görüş ABŞ-nin Arlinqton şəhərində keçirilir.
Qeyd edək ki, mayın 1-də də Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olub.


***02.05.2023; 18:32
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan XİN rəhbəri Ararat Mirzoyan arasında ikitərəfli görüşü başlayır.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, tərəflər arasında görüş Arlinqtonda keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top