İsmayıllıda dolu yağdı - Faktiki hava


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin mayın 2-si saat 16:00-a olan məlumatına əsasən Abşeron yarımadasının bəzi yerlərində, Altıağac, Xaltan, Qusaryasaq, Ləzə, Göygöl, Daşkəsən, Gədəbəy, Şamaxı, İsmayıllı, Qobustanda arabir yağış yağıb.

Xidmətdən Yeniavaz.com-a verilən xəbərə görə, İsmayıllıda saat 15:00, 16:04 və 16:20 radələrində leysan yağış ilə birlikdə diametri 5 mm olan dolu yağıb.

DİGƏR XƏBƏRLƏR

Top