
Cənubi Koreyalı tələbə ac olduğunu deyərək rəssam Maurizio Kattelanın instalyasiyasının bir hissəsi olan bananı yeyib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Kattelanın "BİZ" sərgisinin bir hissəsi olan "Komediyaçı" adlı sənət əsəri Seulun Leeum İncəsənət Muzeyində divara yapışdırılmış banandan ibarət idi.
Tələbə Noh Huyn-soo bananı yedikdən sonra qabığını divara yapışdırıb.
Bildirilir ki, muzey daha sonra eyni yerə yeni banan yerləşdirib.
Qeyd edək ki, Kattelanın işi üçün istifadə edilən bananların bir ziyarətçi tərəfindən yeyilməsi ilk dəfə deyil.
2019-cu ildə sənət əsəri Mayamidəki "Art Basel"də 120 000 dollara (204 000 manat) satıldıqdan sonra David Datuna bananı divardan qoparıb və yeyib.
Tətbiqimizi yükləyə bilərsiniz