"Beşiktaş"ın Bakıya gələcəyi tarix bəlli oldu


Türkiyənin "Beşiktaş" komandasının "Sabah"la yoldaşlıq oyunu keçirmək üçün Bakıya gələcəyi tarix bəlli olub.
Yeniavaz.com
"Report"a istinadla xəbər verir ki, İstanbul təmsilçisi mayın 13-də Azərbaycan paytaxtına təşrif buyuracaq.
Klub prezidenti Ahmet Nur Çebinin xüsusi məsləhətçisi Erdal Cömert agentliyə xəbəri təsdiqləyib:
"Qismət olsa, komanda mayın 13-də Bakıda olacaq. Artıq proqram hazırdır. Amma hələ tam dəqiqləşməyib. Hər şey bəlli olduqdan sonra ictimaiyyətə açıqlama veriləcək".
Qeyd edək ki, "Beşiktaş" Türkiyə Super Liqasının 34-cü turunda istirahət edəcək. Bundan yararlanmaq istəyən İstanbul nəhəngi xeyriyyə matçı üçün Bakıya gəlməyi planlaşdırır.

DİGƏR XƏBƏRLƏR

Top