
“Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında” və “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında” sazişlər təsdiq edilib.
Yeniavaz.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı qanunu imzalayıb.
Qeyd edək ki, hər iki saziş 2022-ci il noyabrın 11-də Səmərqənd şəhərində imzalanıb.