Marsda qar olub - Çin


Marsdakı Çinin “Zhurong” kosmik gəmisinin məlumatlarını araşdıran elm adamları, Marsda aşağı enliklərdə yaşayış üçün əlverişli mühitlərə işarə edən maye suyun dəlili tapıblar.
Yeniavaz.com
xarici mediaya istinadla xəbər verir ki, Marsda suyun yalnız bərk və ya qaz halında ola biləcəyi ilə bağlı əvvəlki təsəvvürlərə meydan oxuyan bu kəşf kosmik gəminin eniş yerindəki qum təpələrinin morfoloji xüsusiyyətlərini və mineral kompozisiyalarını təhlil edərək həyata keçirilib.
“Science Advances” elmi jurnalında dərc edilən araşdırma, təxminən 400.000 il əvvələ qədər Marsda qar və ya şaxtanın olduğunu ortaya qoydu.
Tapıntılara görə, 1,4 milyon ilə 400 min il əvvəl qum təpələrindəki duzlar qarın aşağı temperaturda əriməsinə səbəb olub. Nəticədə planetin səthində duzlu maye su peyda olub.
Məsələ ilə bağlı araşdırma davam edir.

DİGƏR XƏBƏRLƏR

Top