
Birləşmiş Ştatlar Ukraynaya əks-hücum üçün istədiyi hər şeyi artıq təhvil verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə bildirib.
Ağ Evin sözçüsü bildirib ki, Vaşinqton və onun müttəfiqləri Ukraynadan kənarda hərbi kadrların hazırlanması da daxil olmaqla, Kiyevə lazımi dəstəyi davam etdirəcəklər. Kirbi Ukrayna əks-hücumunun nə vaxt başlaya biləcəyi sualına cavab verməyib və qeyd edib ki, bu qərarı Prezident Volodimir Zelenski verməlidir.
Tətbiqimizi yükləyə bilərsiniz