Ceyhun Bayramovun Mirzoyanla görüşü başa çatdı - Yenilənib


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, ABŞ dövlət katibi Entoni Blinken və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında Vaşinqtonda keçirilən üçtərəfli görüş başa çatıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.

Bildirilib ki, görüş zamanı regionda təhlükəsizlik, Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanması ilə bağlı müzakirə aparılıb.


***20:09
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş başlayıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

XİN başçıları arasında ikitərəfli görüş Vaşinqtonda keçirilir.

DİGƏR XƏBƏRLƏR

Top