Ucarda narkotacirlər saxlanıldı - Fotolar


Ucarda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 3 nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yeniavaz.com-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində qeyd edilən qanunsuz əməllə məşğul olmaqda şübhəli bilinən rayon sakinləri Cavidan Hüseynov, Elnur Məmmədov və Qadir Abdullayev saxlanılıblar. 
Həmin şəxslərdən müxtəlif çəkilərdə narkotik vasitə olan heroin və psixotrop maddə - metamfetamin aşkarlanaraq maddi sübut kimi götürülüb.
Saxlanılanlar şəxslər barəsində RPŞ-nin İstintaq Bölməsində cinayət işləri açılıb, barələrində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
 

DİGƏR XƏBƏRLƏR

Top