Aprel ayının sorğu nəticələri - Kim öndədir?


Türkiyədə may ayının 14-də keçiriləcək prezident seçkiləri yaxınlaşdıqca namizədlər də apardıqları kampaniyaları sürətləndirir və demək olar ki, hər gün müxtəlif vilayətlərdə və ya şəhərlərdə mitinqlər keçirirlər.
Yeniavaz.com
“Sözcü”yə istinadla xəbər verir ki, ölkənin aparıcı təşkilatları aprel ayında prezident seçkiləri ilə bağlı müxtəlif sorğular həyata keçirib və nəticələrini elan ediblər.
TEAM, MAK, “Aksoy”, “Artıbir”, ORC, “Yöneylem”, “Optimar”, “MetroPoll” və “Gezici” kimi araşdırma şirkətlərinin aprel ayında keçirdikləri sorğulardan yalnız birinin nəticələrinə görə seçkilər birinci turda yekunlaşır.
“Gezici”nin sorğu nəticələrinə əsasən Kamal Kılıçdaroğlu 53,4% səslə seçkinin birinci turunda qalib gəlir.
Sadəcə “Optimar”ın açıqladığı nəticələrə görə “Millət” alyansının namizədi Kamal Kılıçdaroğlu “Cumhur” alyansının namizədi və hazırkı Prezident Rəcəb Tayyib Ərdoğandan geridə qalır – 48,6 %/44.1%.
Yerdə qalan 8 şirkətin nəticələrinə görə isə K. Kılıçdaroğlu öndədir.
Sorğuların nəticələrinə əsasən, Məmləkət Partiyasının sədri Məhərrəm İncənin səs nisbəti 2,1 və 9 arasında dəyişir.
 “Ata” alyansının namizədi Sinan Oğanın göstəriciləri isə 1,1 və 3 aralığındadır.
Bütün şirkətlərin aprel ayında keçirdikləri sorğuların nəticələri belədir:

DİGƏR XƏBƏRLƏR

Top