Azərbaycan və Türkiyə arasındakı sazişə dəyişiklik edildi


İqtisadiyyat naziri Mikayıl Cabbarov Samsun şəhərində Türkiyənin ticarət naziri Mehmet Muşla görüşüb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Nazirlikdən bildirilib.

Görüşdə ticarət və investisiya qoyuluşu üzrə cari vəziyyət nəzərdən keçirilib, həmçinin reallaşdırıla biləcək əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb.

Səfər çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”nə dəyişiklik haqqında Protokol” imzalanıb. Sənədi İqtisadiyyat naziri Mikayıl Cabbarov və türkiyəli həmkarı Mehmet Muş imzalayıblar.

Qeyd edək ki, 2021-ci il martın 1-də qüvvəyə minmiş Preferensial Ticarət Sazişi bir sıra məhsullarımızın Türkiyəyə güzəştli şərtlərlə - idxal rüsumu ödənilmədən ixracına imkan verir.

DİGƏR XƏBƏRLƏR

Top