Laçındakı yeni nəzarət-buraxılış məntəqəsində sərhədçilərimiz erməniləri yoxlayır - Video


Azərbaycanın Laçın rayonu ərazisindən Laçın-Xankəndi yolunun başlanğıcında yaradılan nəzarət-buraxılış məntəqəsində avtomobillərin keçidi üçün normal rejim təmin edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Caliber” məlumat və kadrlar yayıb.
Kadrlardan Ermənistan qeydiyyat nişanlı avtomobillərin nəzarət-buraxılış məntəqəsindən keçdiyi müşahidə olunur.

Qeyd olunub ki, Laçın yolunun girişində nəzarət-buraxılış məntəqəsində təhlükəsizlik və nəzarət təmin olunub, qanun çərçivəsində sərhədi keçməkdə heç bir problem yoxdur.
Xatırladaq ki, aprelin 23-ü Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.
Bildirilib ki, bu addım 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq atılıb.
Qeyd olunub ki, bu barədə Rusiya sülhməramlı kontingenti və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin komandanlıqlarına məlumat verilib.

DİGƏR XƏBƏRLƏR

Top