“Bizi görməyə gəlməli idi, amma başqa cür gəldi” – Həlak olan hərbçinin atası


Xəbər verdiyimiz kimi, aprelin 28-də Tərtər rayonunun işğaldan azad edilən Talış kəndindən Tapqaraqoyunlu kəndi istiqamətində tank əleyhinə minanın partlayışı nəticəsində üç nəfər həlak olub. Həlak olanlar  “RPS Energy Ltd.” şirkəti ilə çalışan Yusifov Nadir Pənah oğlu, Gözəlov Səxavət İsmayıl oğlu və Sədiyev Fərid Mehman oğludur.
Yeniavaz.com
xəbər verir ki, Baku TV-nin əməkdaşı Fərid Sədiyevin ailə üzvlərilə görüşüb.
Onun atası Mehman Sədiyev oğlu ilə sırağagün danışdığını deyib:
“Bu gün bizi görməyə gəlməli idi, amma başqa cür gəldi”.
F. Sədiyevin bacısı Nigar Sədiyeva onu ideal qardaş kimi xarakterizə edib: “O, mənim atam, anam idi. Elə bil bu dünyada tək qalmışam”.
Xalası Sevinc Süleymanova F. Sədiyevin “torpaqlarımızı minalardan təmizləməsək, oralarda yaşaya bilməyəcik” dediyini xatırlayıb.
Daha ətraflı:

DİGƏR XƏBƏRLƏR

Top