
Ermənistan ordusunun mövqelərinin birində erməni əsgərləri arasında mühabisə düşüb.
Yeniavaz.com xəbər verir ki, oxu.az-ın əldə etdiyi video görüntülərdə iki erməni əsgərin əl-qol hərəkətləri ilə bir-biriylə mübahisə etdiyi görülür.
Daha sonra mübahisədə iştirak edən erməni əsgərlərindən biri postu tərk edərək ordan uzaqlaşıb.
Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi aprelin 29-u guya Azərbaycan Ordusunun bölmələri tərəfindən açılan atəş nəticəsində Dığ yaşayış məntəqəsi istiqamətində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun yaralanması barədə məlumat yayıb.
Azərbaycan Müdafiə Nazirliyi isə məlumat yayaraq belə bir hadisənin baş verməsini təkzib edib.
Tətbiqimizi yükləyə bilərsiniz