İlham Əliyevlə Fulya Öztürk arasında maraqlı dialoq - Video


Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “Teknofest” aerokosmik və texnologiya festivalında iştirak ediblər.
Yeniavaz.com
xəbər verir ki, Türkiyə və Azərbaycan prezidentləri “Togg” avtomobili ilə festivalın keçirildiyi məkana gedən zaman “CNN Türk”ün əməkdaşı Fulya Öztürkün suallarını cavablandırıblar.
Prezident İlham Əliyev Fulya Öztürk haqqında deyib ki, o, ikinci Qarabağ müharibəsində ən təhlükəli yerlərə gedib: "Bizimlə ağladı, bizimlə sevindi, bizimlə qeyd etdi. Bu qız bizim qızımızdır”.
Türkiyə prezidenti isə Fulya Öztürk haqqında "Bu, tamamilə millidir”,-deyərək zarafat edib.

DİGƏR XƏBƏRLƏR

Top