COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlandı


Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 347 vaksin vurulub.
Yeniavaz.com 
xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 46, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 270, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 26, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı beş nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 960 646, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 410 639, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 881 105, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 402 753, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 149 nəfər təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top