Tərtərdəki mina partlayışında ölənlərin cəsədləri ərazidən çıxarıldı - Yenilənib


Tərtərin Tapqaraqoyunlu kəndi ərazisində minaya düşən şəxslərin cəsədləri ərazidən çıxarılıb.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, bu barədə TƏBİB-in tabelində fəaliyyət göstərən Tərtər rayon mərkəzi xəstəxanasından bildirilib. Qeyd olunub ki, meyitlər Tərtər morquna verilib.

Qeyd edək ki, bu gün Tərtərdə mina partlayışı nəticəsində "RPS Energy" Ltd. şirkəti ilə çalışan Yusifov Nadir Pənah oğlu (Füzuli rayonu), Gözəlov Səxavət İsmayıl oğlu (Füzuli rayonu) və Sədiyev Fərid Mehman oğlu (Sumqayıt şəhəri) həlak olub.


***20:57
Tərtər rayonunda mina partlayıb, ölənlər var.

Bu barədə Yeniavaz.com-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) bildirilib.

Məlumata görə, Tapqaraqoyunlu istiqamətində minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib.

Tank əleyhinə minanın partlayışı nəticəsində "RPS Energy Ltd." şirkəti ilə çalışan Yusifov Nadir Pənah oğlu, Gözəlov Səxavət İsmayıl oğlu və Sədiyev Fərid Mehman oğlu həlak olub.

DİGƏR XƏBƏRLƏR

Top