
Sosial şəbəkələrdə polis əməkdaşlarının əhalidən pul yığmasına dair iddialar paylaşılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev Yeniavaz.com-a açıqlamasında bildirib ki, bu məsələdə məcburiyyət yoxdur:
“Polis əməkdaşları tərəfindən profilaktik məqsədli olaraq sakinlərlə iş aparılır ki, yaşayış binalarında kameralaşmaya üstünlük verilsin. Məcburiyyət yoxdur. Əlbəttə, razılaşmayanlar var. Hər bir halda bu iş davam etdirilir”.
Tətbiqimizi yükləyə bilərsiniz