
Alyaskada ABŞ Hərbi Hava Qüvvələrinə məxsus iki hərbi helikopter qəzaya uğrayıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, "AH-64 Apache" helikopterləri təlim uçuşundan qayıdırmış.
Qəza nəticəsində 3 əsgər ölüb, dördüncü isə yaralanıb.
Qəzanın səbəbi və təfərrüatı hələ də məlum deyil.
Hadisə ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, "AH-64 Apache" iki nəfərdən ibarət ekipajı olan hücum helikopteridir.
Tətbiqimizi yükləyə bilərsiniz