“Prius” polislərin üzərinə sürdü, avtomobilləri əzdi – Video + Yenilənib


Bakı şəhər Dövlət Yol Polis İdarəsi yayılan görüntülərlə bağlı açıqlama verib.
İdarənin baş inspektoru Araz Əsgərli Yeniavaz.com-a bildirib ki, bu gün səhər saat 7:50 radələrində paytaxtın Cəfər Xəndan küçəsində, Azadlıq prospekti istiqamətində hərəkətdə olan dövlət qeydiyyat nişansız “Toyota Prius” markalı avtomobilin sürücüsü ardıcıl olaraq qayda pozuntuları etməklə ətrafdakı insanların həyat və sağlamlığına təhlükə yaradıb. Sürücü polisə tabesizlik göstərməklə onların qanuni “saxla” əmrinə tabe olmayıb:
“Nəticədə bir neçə nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Həmin şəxs saxlanılaraq 19-cu Polis Bölməsinə təhvil verilib, əməlinə hüquqi qiymət verilməsi üçün iş aidiyyəti üzrə məhkəməyə təqdim ediləcək”.
Araz Əsgərli qeyd edib ki, hadisənin təfərrüatları barədə məhkəmənin qərarından sonra ətraflı məlumat təqdim ediləcək.

***10:20
Metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında sürücülərdən biri polisin “Saxla” əmrinə tabe olmayaraq təhlükəli anlar yaşadıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Bildirilib ki, “Toyoto Prius” markalı avtomobilin sürücüsü bir neçə polis avtomobilini vurub. Daha sonra o, maşınını ərazidə olan digər avtomobillərin üzərinə sürüb və onları əzib.
Polis əməkdaşları dəyənəklər və müxtəlif vasitələrlə əmrə tabe olmayan və avtomobili onların üzərinə sürən sürücünü zərərsizləşdirməyə çalışıblar.
Həmin kadrları təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top