
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 27-də Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonnanı qəbul edib. Bu gün həmçinin K.Kolonnanın Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla da görüşü olub.
Yeniavaz.com xəbər verir ki, “France 24” Kolonnanın Azərbaycan səfəri barədə məlumat yayıb.
“Fransa son aylarda Rusiyanın Ukraynaya hücumundan yayınması ilə münaqişədə vasitəçilik etmək üçün səy göstərməyə başlayıb. Fransa diplomatik mənbəsi səfərin vacib olduğunu, lakin “gərgin” kontekstdə baş tutduğunu bildirərək, Bakı ilə münasibətləri “son aylarda çətin” kimi xarakterizə edib”, - məlumatda deyilir.
Bildirilib ki, Kolonna cümə günü Gürcüstanın paytaxtı Tbilisiyə yola düşməzdən əvvəl İrəvana gedəcək.
Qeyd edək ki, Azərbaycan mətbuatında bu haqda dərc olunan yazılarda, həmçinin rəsmi qurumların yaydığı açıqlamalarda görüşlərin "gərgin" keçməsinə dair hər hansı məlumat qeyd olunmayıb.
Tətbiqimizi yükləyə bilərsiniz