Papa qadınlara toplantıda səsvermə hüququ verir


Roma Papası Fransisk ilk dəfə olaraq qadınlara oktyabrda keçiriləcək yepiskopların nüfuzlu qlobal toplantısında səs verməyə icazə verib.
Yeniavaz.com BBC-yə istinadən xəbər verir ki, bu addım tarixi bir ilk kimi qarşılanıb.
Elan edilən yeni qaydalara görə, beş dindar qadına sinodda səsvermə hüququ veriləcək.
Nüfuzlu toplantıda yenə də kişilərin səsi əksəriyyət təşkil edəcək. Lakin buna baxmayaraq, islahatlar əsrlər boyu kişilərin dominantlığı altında olan Roma Katolik Kilsəsi üçün əhəmiyyətli dəyişiklik kimi qiymətləndirilir.
Qeyd edək ki, əvvəllər qadınlar yalnız müşahidəçi qismində toplantıda iştirak edirdi.

DİGƏR XƏBƏRLƏR

Top