Navalnıya qarşı yeni iş açılıb


Rusiya müxalifətinin lideri Aleksey Navalnıya qarşı terror maddəsi ilə yeni iş açılıb.
Yeniavaz.com TASS-a istinadən xəbər verir ki, bunu Navalnı bu gün məhkəmə zalında deyib.
"Müstəntiq mənə dedi ki, mənə qarşı terrorla bağlı yeni iş açılıb və bu barədə hərbi məhkəmə hökm çıxaracaq", - Navalnı bildirib.
Qeyd edək ki, 2020-ci ildə barəsində şərti cəza olan Aleksey Navalnı cəza çəkmə şərtlərini pozduğuna görə axtarışa verilib. Müalicə aldığı Almaniyadan qayıtdıqdan sonra 2021-ci il yanvarın 17-də Rusiyada saxlanılıb. 2 fevral 2021-ci ildə məhkəmə şərti cəzanı real cəza ilə əvəz edib.
Daha sonra Moskvanın Lefortovo Məhkəməsi Navalnıya qarşı dələduzluq və məhkəməyə hörmətsizlik işi üzrə hökm elan edib. Hökmə əsasən Aleksey 9 il müddətinə azadlıqdan məhrum edilib və 1,2 milyon rubl (24 840 manat) cərimələnib.

DİGƏR XƏBƏRLƏR

Top