Putin Paşinyanla Laçın dəhlizindən danışdı - Yenilənib


Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Kremlin” məlumat yayıb
““Dağlıq Qarabağ” ətrafında vəziyyətin inkişafı müzakirə edilərək regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün praktiki problemlərin həllinə diqqət yetirilib. Laçın dəhlizində vəziyyətin hazırkı gərginləşməsi kontekstində Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında fundamental razılaşmaların bütün spektrinə ciddi əməl olunmasının vacibliyi bir daha təsdiq edilib. Rusiya Prezidenti Erməni soyqırımı qurbanlarının anım günü ilə əlaqədar erməni xalqı ilə həmrəy olduğunu bildirib. Müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi razılaşdırılıb”, - məlumatda bildirilib.

***13:00
Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistan Nazirlər kabineti məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı Laçın dəhlizi və Qarabağdakı humanitar vəziyyətlə bağlı məsələlər müzakirə edilib.
Qeyd edək ki, daha əvvəl Dövlət Sərhəd Xidməti Laçında keçid məntəqəsinin qurulması barədə məlumat yayıb. Bildirilib ki, aprelin 23-ü saat 12:00-da DSX bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.

DİGƏR XƏBƏRLƏR

Top