Müharibə cinayətlərində ittiham olunan şəxs azaddır - Sudanda xaos



Keçmiş siyasətçi Əhməd Harun təsdiqləyib ki, o və Haaqa tərəfindən ittiham olunan bir qrup Bəşir rejimi məmuru Xartumdakı həbsxanadan çıxıblar.
Yeniavaz.com
BBC-yə istinadən xəbər verir ki, Harun əmin edir ki, o və həbsxananı tərk edən digər şəxslər ölkədə ədliyyə sistemi fəaliyyətə qayıdandan sonra təslim olmağa hazırdırlar.
Onların arasında əsas təqsirləndirilən eks-prezident Ömər Bəşirin olub-olmadığı məlum deyil. Qeyd olunur ki, o, vaxtının çoxunu xəstəxanada keçirirdi.
Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi (ICC) 79 yaşlı Ömər Bəşir və onun tərəfdaşlarını Darfur əhalisinin soyqırımında ittiham edir. Bəşir 2019-cu ildə hərbçilər tərəfindən devrilib və korrupsiya ittihamı ilə həbsxanaya göndərilib.
Əhməd Harun da Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən ittiham olunan və paytaxt Xartumdakı Kober həbsxanasında saxlanılan şəxslər arasında idi. 
Xartumdan gələn xəbərlərə görə, elan edilmiş üç günlük atəşkəsə ölkənin müəyyən bölgələrində əməl olunur.
Xarici dövlətlər bu məqamdan istifadə edərək öz vətəndaşlarını Sudandan təxliyə edirlər.
Aprelin 15-də döyüşlər başlayandan bəri Sudanda ən azı 459 nəfər ölüb, minlərlə insan ölkəni tərk edib.
Xartumda, Baş Qərargahın və hava limanının yerləşdiyi ərazilərdə çoxlu binalar dağıdılıb və ya zədələnib; döyüşlər nəticəsində su təchizatına da ziyan dəyib. Beş milyon sakininin qida və içməli suyu tükənir.
Qeyd edək ki, Sudanda ordu ilə xüsusi təyinatlı bölmə hesab olunan Çevik Reaksiya Qüvvələri (ÇRQ) arasında silahlı qarşıdurma gedir. Vəziyyət ordunun komandiri, eyni zamanda Suveren Şuraya (ölkənin idarəetmə orqanı) rəhbərlik edən Əbdülfəttah əl-Burhan ilə RRF komandiri Məhəmməd Həmdan Daqalo arasındakı ÇRQ-nin nizami orduya planlaşdırılmış inteqrasiyası ilə bağlı fikir ayrılığı səbəbindən gərginləşib. Bu, Sudanın mülki idarəçiliyə qaytarılması ilə bağlı razılaşmanın şərtlərindən biri hesab olunur.
İki silahlı qüvvə arasında aprelin 15-də Merovdakı hərbi baza yaxınlığında və Xartumda toqquşmalar baş verib. Toqquşmalar Sudanın paytaxtı və ən azı 7 ştatda qarşıdurmalara səbəb olub.
Tərəflərdən hər biri digərini hücumda günahlandırır.

DİGƏR XƏBƏRLƏR

Top