Qarabağdakı rus sülhməramlılarına yeni komandir təyin edildi - Yenilənib


Rusiya Silahlı Qüvvələrinin Quru Qoşunları Baş Komandanının müavini, general-polkovnik Aleksandr Lentsov Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandiri təyin edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

***09:10
General-polkovnik Aleksandr Lentsov Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin yeni komandiri olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” Rusiya Müdafiə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.
Qeyd edək ki, Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqunun keçmiş müşaviri Lentsov bu vəzifədə general-mayor Andrey Volkovu əvəz edəcək. O, bir il 3 aydan bir qədər çox müddətə bu vəzifədə qalıb.
Lentsov 2020-ci ilə qədər Quru Qoşunları Ali Baş Komandanının müavini olub. Çeçenistandakı birinci və ikinci müharibələrdə, Rusiyanın Suriyadakı hərbi əməliyyatlarında iştirak edib.

DİGƏR XƏBƏRLƏR

Top