Mingəçevirdə dərs vaxtı çəkildiyi deyilən görüntülərlə bağlı - Açıqlama


Mingəçevir şəhər Təbiət, Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseyin rəhbərliyi, sosial şəbəkələrdə yayılan xoşagəlməz görüntülərlə bağlı açıqlama verib.
Yeniavaz.com-
a danışan liseyin direktoru Aidə İsmayılova bildirib ki, sosial şəbəkədə yayılan video şagirdlərdən birinin instaqram səhifəsindən götürülərək yayımlanıb:
"Dərs zamanı kart oynayırlar" ifadəsi həqiqəti əks etdirmir. Çünki videoda əksini tapan 7 nəfər 11-ci sinif şagirdi 3 fərqli sinifdə təhsil alır. Bu fakt bir daha təsiq edirki, görüntülər dərs zamanı deyil dərsdən kənar saatda lentə alınıb. Araşdırma aparılıb və onun nəticələrinə görə sonuncu 7-ci dərs saatı başa çatdıqdan sonra, onların 10 dəqiqə ərzində guya kart oynaqdıqlarını lentə alıb zarafatyana instaqrama qoymaq məqsədi daşıyıb.
Məsələyə aydınlıq gətirən Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Yeniavaz. com-a cavab olaraq bildirib ki, Mingəçevir şəhərində yerləşən məktəbdə şagirdlərin qumar oyunları oynamaları iddiaları ilə bağlı yayılan görüntülər əsasında şəhər polis şöbəsində araşdırma aparılıb. Videoda görüntülənən məktəblilərin XI sinif şagirdləri olduqları və dərsdən sonra sinif otağında pulla kart oyunları oynadıqları məlum olub. Valideynlərinin iştirakı ilə onlarla müvafiq izahat işləri və profilaktiki söhbətlər aparılıb. Valideynləri barəsində isə İnzibati Xətalar Məcəlləsinin 189-cu (Uşaqların təlim-tərbiyəsi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən yerinə yetirilməməsi) maddəsi ilə protokol tərtib olunub.
Esmira Hidayətova, Mingəçevir
 

DİGƏR XƏBƏRLƏR

Top