Ərdoğan Rəşad Məmmədova təşəkkürnamə verdi - Yenilənib


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədova təşəkkürnamə təqdim edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə səfir tviter hesabında qeyd edib.

“Prezidentin Azərbaycan-Türkiyə qardaşlığına verdiyi önəm və töhfə bizim üçün çox dəyərlidir”, - paylaşımda deyilir.

Sayın Cumhurbaşkanı’na şahsıma takdim ettikleri teşekkür belgesinden dolayı derin şükranlarımı sunuyorum. Sayın Cumhurbaşkanı’nın Azerbaycan - Türkiye kardeşliğinin gelişimine verdiği önem ve katkıları bizim için çok değerlidir. pic.twitter.com/SKuQC6x3Qk

— Dr. Rashad Mammadov (@R_Eynaddinoglu) April 25, 2023


***17:17
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfiri Rəşad Məmmədovu Türkiyədə baş vermiş dəhşətli zəlzənənin nəticələrinin aradan qaldırılmasına verdiyi dəstəyə görə “Yüksək xidmətə görə” dövlət medalı ilə təltif edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Bildirilib ki, R.T. Ərdoğan aprelin 25-də keçirilən mərasimdə səfirə diplom və medal təqdim edib.

Türkiyə Prezidenti, həmçinin bir qrup azərbaycanlı xilasediciyə medallar verib.

DİGƏR XƏBƏRLƏR

Top