Dağıntılar altından ana və oğlu çıxarıldı - Yenilənib+Video


Biləsuvarda binada baş verən partlayışda panellərin altında bir uşağın qaldığı bildirilir.
Yeniavaz.com
xəbər verir ki, hazırda FHN əməkdaşları uşağın xilas edilməsi üçün tədbirlər görür. Onun sağ olduğu deyilir.
Məlumat üçün qeyd edək ki, iki nəfər sağ çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.
***
Partlayış baş verən binada dağıntılar altından çıxanların şəxsiyyəti məlum olub.
APA-nın xəbərinə görə, onlar Yusif Fərqan oğlu Əliyev və Günay Cəfər qızı Əliyevadır.


***19:52

Biləsuvarda yaşayış binasında partlayış olub.
Yeniavaz.com
“Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində yerləşən 5 mərtəbəli yaşayış binasında baş verib.
Partlayış yerinə hüquq-mühafizə orqanlarının əməkfaşları, yanğınsöndürən qüvvə və xilasedicilər cəlb olunub.
Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir.

 


DİGƏR XƏBƏRLƏR

Top