Peskov oğlunun "Vaqner"in tərkibində vuruşduğunu təsdiqlədi


Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov oğlu Nikolayın Ukraynadakı müharibədə iştirakını təsdiqləyib.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu barədə Peskov oğlunun həqiqətən də “Vaqner”in tərkibində xidmət edib-etməməsi və bunun üçün niyə RF Silahlı Qüvvələrini seçməməsi ilə bağlı suallara cavab verərkən danışıb.
"O, vaxtilə Rusiya Federasiyasının Silahlı Qüvvələrində xidmət edib. Öz konstitusiya borcunu yerinə yetirib. İndi belə bir qərar verib. O, yetkindir. Bəli, doğrudan da, xüsusi hərbi əməliyyatda iştirak edib. Mən daha çox danışmaq istəməzdim”, – Peskov bildirib.
Bundan əvvəl “Vaqner”in yaradıcısı Yevgeni Priqojin demişdi ki, Peskovun oğlu “Vaqner” PMC-də artilleriyaçı kimi xidmət edib. Priqojinin sözlərinə görə, ümumilikdə Nikolay Peskov 6 aya yaxın müharibə zonasında olub və xidmət zamanı “şücaət və qəhrəmanlıq” göstərib.

DİGƏR XƏBƏRLƏR

Top